Əvvəlcə Gəncədə şəhidin ailəsinin yaşadığı evdə onunla vida mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqnlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ictimayət nümayəndələri iştirak edib.
Cənazə namazı qılındıqdan sonra şəhid tankçının qalıqları Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, onun ruhuna dualar oxunub, yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.
Qeyd edək ki, Nofəl Cahangir oğlu Əsgərov 1966-cı ildə Tərtər rayonun Borsunlu kəndində anadan olub. Ailəsi sonradan Gəncə şəhərinə köçüb.
1992-ci ilin iyun ayında Qarabağ müharibəsində Ağdərə rayonu, Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb.
Nofəl Əsgərov ailəli olub, iki övladı var. (APA)