Bu fikirləri Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin fevralın 12-də keçirilən iclasında bildirib.
A.Vəliyev qeyd edib ki, təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qüvvədə olduğu müddətdə həyata keçirilməsi nəzərdə tutulur. (AZƏRTAC)