Bunu Laçın şəhər sakini Solmaz Topaq deyib.
O qeyd edib ki, Laçın daha da inkişaf edəcək, gözəlləşəcək: “Özüm də son zamanlarda Laçına səfər etmişdim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Zəfər qazandı. Hər şey daha yaxşı olacaq”.
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 25 ailə (80 nəfər) köçürülüb.
İndiyədək Laçın şəhərində 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin edilib. (AZƏRTAC)