16.04.2025, 19:03
AZ EN
23.07.2023, 09:00 271

23 iyul şəhid Fədail Nadirovun doğum günüdür

XƏBƏRLƏR
  • El arasında belə bir söz işlənir: oynağan sümüklü...Sən də oynağan sümüklü, cəsur ürəkli oğul idin şəhidim. Ananın bir ömür boyu yandıracaq qədər gözəl oynadın, elə oynadın ki, yer, göy tamaşana durdu...Vətənin hayına, harayına beləcə gülə-gülə, oynaya-oynaya getdin şəhidim, igid balam, mərd balam...

Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub.Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fədail Nadirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhidliyin zirvəsinə yüksəlib. Qobustan rayonunun Bədəlli kəndində böyük ehtiram və izdihamla dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" və

 "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər