21.09.2024, 20:54
AZ EN
31.01.2024, 07:27 232

Esra Gezginci: Azərbaycan xalqı və dövləti naminə yenidən Prezident seçilmıniz vacibdir

XƏBƏRLƏR
  • Türkiyəli məşhur jurnalist Esra Gezginci növbədənkənar prezident seçkilərində İlham Əliyevə dəstək ifadə edib.

"Modern.az" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb:

"Odlar yurdu, küləklər yurdu, Qəhrəmanlar yurdu, Əziz Azərbaycan... 2024-cü il fevralın 7-də Azərbaycan xalqı Prezident seçkiləri və demokratiya üçün səsverməyə gedir. Ali Baş Komandan kimi Prezident İlham Əliyev, 44 günlük müharibədə və sonrasında Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan xalqının və bütün türk dünyasının başını ucaltdınız, hamımızın ürəyində haqlı qürur mənbəyi oldunuz.

Hörmətli Prezident İlham Əliyev öz rasional, müdrik mövqeyi və siyasəti ilə siyasi, iqtisadi və hərbi baxımdan böyük uğurlar qazanıb. Gördüyünüz işlər Azərbaycan xalqı və dövləti üçün unudulmaz və heyrətamizdir. Uğurlarınızı davam etdirməyiniz və Azərbaycan xalqı və Dövləti naminə yenidən seçilməyiniz vacibdir. Bu seçkilərdə yenidən Prezident seçilməyiniz üçün qəlbimiz və dualarımız sizinlədir. Allah köməyiniz olsun", - xanım jurnalist bildirib.

Qeyd edək ki, Esra Gezginci "Esrarengiz Azərbaycan" proqramın müəllifi və aparıcısıdır.

Azərbaycana həsr olunan proqramda paytaxt Bakıdan başlayan çəkiliş ölkənin digər bölgələrində davam etdirilib. Verilişin çəkilişi zamanı Qarabağa səfər təşkil olunub.

Esra Gezginci verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər