Konqresə Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Şimali Makedoniya, Ukrayna, ABŞ, Cənubi Koreya, İran, Rusiya Federasiyası və digər ölkələrdən olmaqla ümumilikdə 14 ölkədən 200-dən çox peşəkar arıçı, alim, arıçılıq qurumlarının nümayəndələri və iş adamları qatılıb.
Tədbirin açılışında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycan Arıçılar Birliyinin sədri Bədrəddin Həsənov, TİKA Bakı Proqram Koordinatoru Həyrəddin Özçelik, Api Avrasiya Birliyinin Baş Katibi Anıl Ergin və Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov çıxış ediblər.
Konqresin gedişində beynəlxalq münsiflərin iştirakı ilə bal yarışı keçirilib. Yarışda Qubadlı arıçısı Yusif Quliyevin təqdim etdiyi bal nümunəsi 1-ci yerə layiq görülüb.
Hazırladı: Mina RƏŞİD