24.04.2025, 23:09
AZ EN
13.06.2024, 07:41 423

Bu il Qurban bayramı işğaldan azad olunan bütün ərazilərimizdə daha yüksək əhval-ruhiyyədə keçiriləcək

XƏBƏRLƏR
  • Qurban bayramı hər il hicri təqvimi ilə zilhicə ayının onuncu günündən başlayır və adətən 3 gün davam edir. Qoyun, qoç, inək və ya dəvəni qurban kəsmək olar. Qurban ətinin bir hissəsi yaxın qohumlara, qonşulara, bir hissəsi isə ehtiyacı olan insanlara paylanılır.

Bu il Qurbn bayramı  Azərbaycanda bir başqa qeyd olunacaq. İnsanlar sevinclə, xoş əhval-ruhiyyədə builki Qurban bayramına hazırlaşırlar. Ölkə ərazisində 147 ünvanda qurbanlıq heyvanların satış və kəsim yerləri yaradılıb. Paytaxt Bakı və ətraf rayonlarında - Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Qaradağ, Sabunçu, Suraxanı, Səbael, Xətai, Xəzər, Yasamal və Abşeronda. Bu il Zəngilan, Ağdərə, Şuşa və Laçında da qurbanlar kəsiləcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər