Bu sözləri ata-baba yurduna qayıdan Zabux kənd sakini Tahir Hüseynov deyib.
Laçında və Zabux kəndində bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirildiyini deyən T.Hüseynov bildirib: “Kəndimizə qayıdandan sonra çalışacağıq ki, görülən abadlıq işlərində müəyyən dərəcədə bizim də payımız olsun”.
Zabux kənd sakini öz doğma yurduna köçdüyü üçün Prezident İlham Əliyevə və Vətən müharibəsində iştirak edən hər bir kəsə minnətdarlığını bildirib. (AZƏRTAC)