Bu sözləri oktyabrın 30-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə yola düşən keçmiş məcburi köçkün Sevda Abbasova deyib.
Oğlunun könüllü olaraq müharibəyə getdiyini və “Laçının azad olunmasına görə” medalına layiq görüldüyünü vurğulayan keçmiş məcburi köçkün 31 ildən sonra təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmalarına imkan yaradıldığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. (AZƏRTAC)