10.06.2025, 01:17
AZ EN
03.12.2023, 10:21 314

Tanıyaq və tanıdaq

XƏBƏRLƏR
  • Əslən Qərbi Azərbaycandan olan Kazımova Lalə Hafiz qızı 1991-ci ildə Bakı şəhərində anadan olub. Atası Göyçə mahalı Krasnoselski rayonu, anası isə Zəngəzur mahalı Qafan rayonundandır.

O, tam orta məktəbi bitirdiktən sonra Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultetinə daxil olub. Sonra həmin universitetin Tedris Cerrahiyə Klinikası mama-ginekologiya kafedrasında rezidentura təhsili alıb. Daha sonra Türkiyə Cumhuriyyəti Ankara şəhəri Gazi Universiteti Tip Fakültəsi Qadın Xəstəlikləri ve Doğum kafedrasında asistanlığa başlayıb. Sağlık Bilimleri Universiteti Gülhane Tıp Fakültesi (GATA) Kadın Hastalıkları ve Doğum kafedrasında uzmanlıq təhsilini davam etdirib, 2022-ci ildə uzman mama-ginekoloq ixtisasını alıb. Bu dövrdə “Journal of Obstetrics and Gynaecology” jurnalında sonsuzluq üzrə məqalələri nəşr olunub.

VM Medical Park Ankara xəstaxanasında operator doktor mama-ginekoloq vəzifəsinda çalışıb. Hal-hazırda Bakı şəhəri Yeni Klinika xəstəxanasında cərrah mama-ginekoloq olaraq çalışmaqdadır. Azərbaycan Respublikasında Türkiyə Cumhuriyyəti Sağlık Bilimləri Universiteti Gülhanə Tıp Fakültesini (GATA) bitirən yeganə uzman mama-ginekoloqdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər