05.02.2025, 11:44
AZ EN
07.09.2022, 09:40 398

Şıxnəsib Mahmudov: Ağalıya getdiyimiz üçün həm həyəcan, həm də sevinc hissləri keçiririk

XƏBƏRLƏR
  • Biz bu gün doğma yurdumuza qayıdırıq. Ağalıya getdiyimiz üçün həm həyəcan, həm də sevinc hissləri keçiririk.

Bu fikirləri jurnalistlərə müsahibəsində Ağalıya köçən kənd sakini Şıxnəsib Mahmudov söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz bu gün doğma yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Şıxnəsib Mahmudov deyib: "Dünən əşyalarımızı maşınlara yığarkən çox qəribə hislər keçirdim. Çünki 30 ilə yaxın müddətdə yaşadığım evdən ayrılıram. Amma buna baxmayaraq, sevinirəm ki, doğma torpağımıza qayıdırıq". (AZƏRTAC)

Oxşar xəbərlər