23.11.2024, 06:37
AZ EN
21.05.2022, 13:00 205

Şərqi Gürcüstan müftisi: "Ağdamda ermənilər tərəfindən törədilən vəhşiliyin şahidi olduq"

XƏBƏRLƏR
  • “Biz işğaldan azad edilən Ağdam ərazisində ermənilər tərəfindən törədilən vəhşiliyin şahidi olduq”.  Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov Ağdama səfəri zaman belə deyib.

O qeyd edib ki, Ağdamda çox ürək ağrıdıcı bir mənzərəyə şahid olurlar: “Deməyə söz tapa bilmirəm. Belə bir vəhşilik dinə və insanlığa sığmaz. Mən ilk görünüşdən belə söyləyə bilərəm ki, Azərbaycan torpaqları işğalda olduğu müddətdə ermənilər onsuz da bu yerlərin onlara aid olmadığını çox yaxşı dərk ediblər. Çünki burada yaşamaq niyyəti olan insan övladı belə bir vandallıq edə bilməz. Otuz ildir ki, işğalda olan ərazilərin azad edilməsi həm nə qədər sevindirici olsa da, bu gördüyümüz mənzərə də o qədər ürəkağrıdıcıdır."

Qeyd edək ki, Gürcüstandan gələn azərbaycanlı din xadimləri hazırda Ağdamın işğaldan azad edilən ərazilərində səfərdədirlər. ("Report")

Oxşar xəbərlər