22.11.2024, 01:34
AZ EN
06.12.2023, 17:58 236

İşğaldan azad olunmuş rayonlarda 9 ayda 1783 fərdi sahibkarlıq subyekti yaradılıb

XƏBƏRLƏR
  • 2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 1783 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin doqquz aylıq hesabatında bildirilir. Qeyd olunur ki, hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında həmin ərazilərdə yeni yaradılan müəssisə və təşkilatların sayı 42.3 faiz artıb. Fərdi sahibkarlıq subyektlərinin sayındakı artım isə 5,6 faiz təşkil edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 71 yeni müəssisə və təşkilat ,1688 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Statistika Komitəsinin məlumatında o da bildirilir ki, hesabat dövründə ən çox müəssisə və fərdi sahibkarlıq subyekti Ağdamda yaradılıb. Belə ki, Ağdamda həmin göstəricilər müvafiq olaraq 22 və 695-dir. Bu sırada ikinci yerdə Füzuli (11 və 462), ikinci yerdə isə Laçın rayonu (14 və 154) qərarlaşıb.

İşğaldan azad olunmuş ərazilər bu il yaradılan müəssisə və fərdi sahibkarlıq subyektlərinin sayına görə sonuncu yeri Xocalı rayonu tutur. Belə ki, hələlik bu rayonun ərazisində heç bir müəssisə və təşkilat yaradılmayıb. Fərdi sahibkarlıq kimi qeydiyyatdan keçənlərin sayı isə 14 nəfər təşkil edir.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR