"Vətən səsi" xəbər verir ki, qazimiz “secki-2024.az” saytına açıqlamasında deyib ki, seçki bir millətin, dövlətin gələcəyini, onun beynəlxalq aləmdə təmsilçiliyini gücləndirən vacib bir fəaliyyətdir və bunu hər bir Azərbaycan vətəndaşı şüurlu şəkildə dərk edərək seçkilərdə öz səsini verməlidir.
“Azərbaycandakı növbədənkənar prezident seçkilərinin ədalətli, şəffaf və demokratik keçiriləcəyi şübhəsizdir. Hər bir halda, seçkilər Azərbaycanın gələcəkdə daha da inkişaf etməsi üçün mühüm rol oynayır”, - deyə Polad Rzayev fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Polad Rzayev “Azərbaycan bayrağı”, ordeni, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
S.Süleymanova