22.11.2024, 21:45
AZ EN
12.06.2022, 15:00 179

Təbii fəlakət zamanı Daşkəsən və Ağstafaya dəyən zərər aradan qaldırılır

XƏBƏRLƏR
  • İyunun 10-nu gecə saatlarında Daşkəsən rayonu ərazisində başlayan güclü leysan nəticəsində rayonun elektrik şəbəkəsinə cidd ziyan dəyib. "Azərişıq" ASC-dən bildirilib ki, Çanaqçı, Zivlən, Alaxançallı və Şəkərəm kəndlərinin elektrik enerjisi təchizatında fasilələr yaranıb.

"Azərişıq" ASC-nin ərazi üzrə Qəza xidməti tərəfindən aparılan işlərdən sonra elə həmin gün Çanaqçı və Şəkərəm kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib.

Digər iki kənddə - Alaxançallı və Zivlən kəndlərində sel suları kənd yollarını tam yararsız vəziyyətə saldığından bərpa işlərinin görülməsinə ciddi maneə yaransa da, elektrik enerjisinin bərpası işi yekunlaşmaq üzrədir.

Ağstafa rayonu ərazisində də təbii fəlakət rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurub. Hadisə nəticəsində xeyli sayda müxtəlif güclərdə olan yüksək və aşağı gərginlikli xətt dayaqları sınıb, elektrik naqilləri zədələnib, bəzi ərazilərdə güclü sel elektrik xətlərini yuyub aparıb.

Hazırda butün xətlər gərginlik altındadır. 110/10 kV-luq "Poylu-Dartı" yarımstansiyasından çıxan Ceyrançöl hava xətdində 2 budaqlanmada təmir-bərpa işləri davam etdirilir.

Qeyd edək ki, hadisədən dərhal sonra ərazilərə əlavə mal-material, maşın-mexanizmləri və işçi qüvvəsi cəlb edilib. Təbii fəlakətin vurduğu ciddi zərərin aradan qaldırıması istiqamətində operativ şəkildə tədbirlər görülüb. (APA)

Oxşar xəbərlər