08.09.2024, 07:06
AZ EN
30.11.2023, 13:48 271

Səfir: Böyük Britaniya minatəmizləməni əhalinin Qarabağa qayıdışının əsas elementi hesab edir

XƏBƏRLƏR
  • Böyük Britaniyanın fikrincə, Azərbaycanın Qarabağ bölgəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təşəbbüsü çərçivəsində əsas məqsəd aktiv şəkildə minatəmizləmə işlərinin davam etdirilməsidir.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Bakıda keçirilən "Minaların geri qayıdan məcburi köçkünlərə və onların icmalarına təsiri: beynəlxalq həmrəyliyə ehtiyac" mövzusunda dəyirmi masada çıxışında deyib.

"Biz minaların necə böyük təhlükə törətdiyini çox gözəl anlayırıq. Bu təhlükəli qurğular hər gün dinc sakinlərə, məsum insanlara zərər yetirir. Hazırda əsas məqsəd məcburi köçkünlərin qayıdışını təmin etməkdən və onlara normal, partlayış təhdidi və və təhlükələrdən azad həyata qayıtmaq imkanı verməkdən ibarətdir", - səfir deyib.

Səfir Böyük Britaniyanın daima bu məsələdə dəstək göstərməyə hazır olduğunu bildirərək ölkədəki şirkət və təşkilatların Azərbaycana dəstək göstərilməsi və təcrübə mübadiləsində fəal iştirak etdiklərini əlavə edib.

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Ombudsman Aparatı və aidiyyatı hökümət strukturlarının nümayəndələri, minadan zərərçəkənlər, QHT-lər, ekspertlər və beynəlxalq ictimaiyyətin nümayəndələri, o cümlədən Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri və "LINKS Europe" təşkilatının direktoru iştirak ediblər.

Tədbir" LINKS Europe" ilə birlikdə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) və Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub. (Trend)

Oxşar xəbərlər