"Vətən səsi" xəbər verir ki, “Azərişıq” ASC bununla bağlı açıq tender elan edib. Elanda Füzuli rayonu Zərgər, Qıyıqçı, Qızıl Qışlaq və Qaraməmmədli və "Ağıllı kənd" konsepsiyasına uyğun şəkildə yenidən qurulan Dövlətyarlı kəndlərinin xarici elekrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi sifariş olunur. Tender müsabiqədə iştirak haqqı 1000 manat məbləğində müəyyən edilib.
Həmin kəndlərin elektrik enerjisi ilə təminatı üzrə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 4.milyon 232 min 495 manatdır. Tenderdə iştirak etmək istəyən şirkətlər öz təkliflərini tələb olunan sənədlərlə birlikdə bir ay ərzində satınalan təşkilatın yerləşdiyi ünvana göndərməlidir: Bakı şəhəri, Bakıxanov küçəsi-13.
Elxan SALAHOV