Qretta Asyanovna, erməni əsilli Azərbaycan vətəndaşı:
-Qarabağ ermənilərinə deyirəm ki, siz səhv eləməyin, dua eləyin ki, evinizdə, eşiyinizdə, bağınızda, baxçanızda hər şey sizin əlinizdədir, yaşayın. Azərbaycan torpağında yaşayırsan, Azərbaycanla olmalısan. Erməni anaları, onlar gərək Paşinyandı, nə zibildi, ona desin ki, balalarımı qırma. Mənə Qarabağ lazım deyil, yaşayıram, yaşayacam da. Bütün analar ayağa qalxıb belə desəydi, bəlkə də, o da belə etməzdi. Hər dəfə mən voyeykomatdan keçəndə görürəm uşaqları dayanıblar, onlara nə qədər dualar edirəm, deyirəm ki, Ay Allah, bu uşaqlar getsin, sağ-salamat gedib qayıtsınlar. Analar göz yaşı görməsinlər.
Çox vaxt yadıma düşmür onlar, yəni ermənilər, qoy elə eşidirlər eşitsinlər. Amma çox marağım burdadır. Mən məktəbə gedənə qədər bilmirdim ki, millət nə deməkdir. Elə bilirdim ki, bütün insanlar bir millətdir. Sonralar bu söhbətlər çıxdı, o, bu və s. sonra başa düşdüm bu nə deməkdir. Mənim doğma adamlarım azərbaycanlılardır.
Azərbaycanlı ilə ailə quran erməni əsilli Ərkinaz Məmmədova:
-Çox, çox istəyirəm mehriman olaq. Hamı burda yaxşıdı, hara gedirəmsə, heç kim mənə heç bir söz demir. Yəni demək istəyirəm ki, hər harda oluruqsa, bizi təhqir edən, söz atan olmur. Salam da verirlər, necəsən də deyirlər. Mənə qonşu deyir ki, sən nə yaxşı qonşusan.
Sülh olmasını istəyirəm. Mənim də ürəyim ağrıyır. Azərbaycanlılarla mehriban olsunlar. Sülh olsun, əminamanlıq olsun.
Bildirilir ki, Qretta xanım isə 1 yaşından Bakıya gəlib. Burda böyüyüb, burda oxuyub və burda azərbaycanlı ilə ailə qurub.
Övladlarından biri ağır xəstə olan Qretta xanım azərbaycanlı qonşularının heç vaxt onu çətin günlərdə tək qoymasığını deyir.
Burda yalnız mehrimanlıq görən erməni əsilli qadınlar geçmiş mehriban yaşadıqları illərə dönür, o illərin yenidən təkrarlanmasını arzulayırlar. Soydaşlarını da əmin edirlər ki, Azərbaycan millətindən yalnız yaxşılıq görə bilərlər.
Allahın yaratdığı varlıq sülhə, birliyə rəvac yaradan isə elə insanın özüdür. Uzaqgörənliklə uzağı görmək, barış üçün əmin-aman gələcəyi gəlcək nəsillərə miras qoya biləcək insan isə insanların əl alisidir. Ali baş Komandan İlham Əliyev kimi.
Hazırladı: Tahirə AĞAMİRZƏ