19.11.2025, 14:09
AZ EN
19.11.2025, 12:57 110

Nazir: Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq

XƏBƏRLƏR
  • Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyri-neft-qaz özəl sektorda əməkhaqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib. Belə ki, 2500 manatadək əməkhaqları 2028-ci ildə hətta 7 faiz dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14 faiz dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır. (AZƏRTAC)

Oxşar xəbərlər