19.11.2025, 13:02
AZ EN
19.11.2025, 11:45 147

“Böyük Qayıdış”ın icrası üzrə xərclərin bu ilin sonuna 22 milyard manata çatması gözlənilir

XƏBƏRLƏR
  • “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaqdır.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənmişdir. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur.

S.Babayev qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Bu, Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik. (Trend)

Oxşar xəbərlər