Dünən Yazıçılar Birliyinin “Natəvan” klubunda “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı antologiyanın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açıb. Rəşad müəllim çıxışında Esmira xanımın Güney Azərbaycan ədəbiyyatına güzgü tutan sanballı əsərlərindən və bunların əksəriyyətinin mütəmadi olaraq “525-ci qəzet”də çapından və müəllifin bu mövzuda ortaya qoyduğu dəyərli nəşrlərindən söhbət açdı. Sonra söz tədbirin aparıcısı tənqidçi Əsəd Cahangirə verildi. Ə.Cahangir də Esmira xanımın Cənubi Azərbaycan ədəbiyyatının fəal tədqiqatçısı olduğunu vurğulayaraq sözü digər tədbir iştirakçılarına verdi.
Tədbirdə professor Asif Rüstəmli, Nazim Əhmədli, Kərim Kərimli, Şövkət Zərin Horuvlu, Kəmalə Abıyeva, Zaur Ustac və başqaları çıxış etdilər. Sonda Esmira xanım çıxış edərək, yazıları kirtaba daxil edilən müəlliflərə və qonaqlara təşəkkürünü bildirdi.
Mina RƏŞİD