12.03.2025, 08:22
AZ EN
29.11.2023, 07:29 403

Laçın sakini: Otuz ildən sonra doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir

XƏBƏRLƏR
  • Bu gün Laçına yoldaşımla birlikdə qayıdırıq. Otuz ildən sonra böyüyüb boya-başa çatdığımız doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir. Eyni zamanda, çox qürurluyuq ki, qalib ölkədə yaşayırıq və qalib xalq kimi işğaldan azad olunmuş ərazilərdə yaşayacağıq.

Bu sözləri jurnalistlərə müsahibəsində doğma yurduna qayıdan keçmiş məcburi köçkün, Laçın sakini Vəfa Umudova söyləyib.

V.Umudova onlara yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna təşəkkür edirik, şəhidlərimizə isə Allahdan rəhmət diləyib.

“İşğaldan azad olunandan sonra Laçına bir dəfə getmişəm, çox gözəldir. Laçına gedən insan geri dönmək istəmir", - deyə o vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər