Bunu Şuşa sakini Hacıyeva İpək deyib.
Onun sözlərinə görə, həmişə dövlətimizə, Ali Baş komandanımıza inanmışıq. Ali Baş Komandanımız öz yurdumuza geri qayıdacağımız üçün bizə ümid verirdi.
“Şükürlər olsun, mən bu gün doğma Qarabağımıza gedirəm. Sevincimin həddi-hüdudu yoxdur. Allah Prezidentimizə cansağlığı versin, dövlətimizi, ordumuzu, qazilərimizi qorusun, şəhidlərimizə rəhmət eləsin. Hamı bizim kimi öz elinə-obasına qayıtsın.
17 yaşında Şuşadan məcburi şəkildə çıxdığım günləri ağrı-acılarla xatırlayırdım. İndi isə gülə-gülə gedirəm”, - deyə o bildirib. (Trend)