"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar noyabrın 25-dən Ermənistanı Rusiya ilə birləşdirən yol bağlanıb. Hazırda Gürcüstanla sərhəddə, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində gözləyən yük maşınlarının sayı 3300-ü keçib. Həmin avtomobillərdən 1000 ədədi Ermənistana məxsusdur və yükdaşıma xidməti göstərən bu nəqliyyat vasitələrinin əksəriyyəti Rusiyaya keçməli, yükləri boşaltdıqdan sonra yeni yüklə geri qayıtmalıdır. Lakin yolun bağlı olması səbəbindən yüklərin ünvana çatdırılması ləngiyir. Bu isə sürücülər arasında böyük narazılıqlar yaradıb. Çünki Ermənistandan Rusiyaya daşınan yüklərin 70 faizə qədəri trz xarab olan məhsullardır ki, bu da vaxtında ünvana çatdırılmadıqda qarşı tərəf məhsulu təhvil götürməkdən imtinaq edə bilər.
Sürücüləri narahat edən başqa bir məsələ isə “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində gözləyən yük maşınlarına və özlərinə çəkilən gündəlik xərclərdir. Erməni sürücülər iddia edir ki,əlavə xərclər onların işinə mənfi təsir göstərdiyindən cavabdeh ölkələr və onların aidiyyəti strukturları məsrəfləriin qarşılanması üçün müvafiq tədbirlər görməlidir.
Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzinin rəhbərliyi Rusiyaya keçid üçün gözləyən yük maşınlarının “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində nə qədər saxlanılacağına konkret cavab verə bilməyib. Bildirilir ki, yaranmış vəziyyət bu hava şəraitindən asılıdır. Ona görə də Ermənistanda Rusiyaya yük aparan nəqliyyat vasitələrinin buraxılışı hava şəraitindən və yolun hərəkət üçün əlverişli olmasından asılıdır.
Elxan SALAHOV