2008-ci ildən etibarən bu gün bir aylıq silsilə tədbirlərlə qeyd olunur. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.
Bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da bir məqsədə qulluq edir - təhsil və təlim hamı üçündür. Buna görə də məktəb kitabxanaları məktəbin daxilində fəal dərs proqramını həyata keçirən dərs və təhsil mərkəzi kimi fəaliyyət göstərir. Məktəb kitabxanaları şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına çalışır.
Azərbaycan məktəblərində də hər il bu əlamətdar gün müxtəlif tədbirlərlə qeyd edilir.
Mina RƏŞİD