Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir bölgəsində geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı əhalimizin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı bərpa-quruculuq işləri və əhalimizin daimi məskunlaşmasının təmin edilməsi barədə ətraflı məlumat verib.
Daha sonra rayon rəhbəri qəbula gələn vətəndaşları dinləyərək onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub, digər məsələlər barəsində isə müraciət edən vətəndaşlara qanunamüvafiq izahatlar verilib.
Qəbulda iştirak edən rayon sakinləri ölkəmizdə, o cümlədən, Cəbrayılda da görülən quruculuq işlərinə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Hazırladı: Mina RƏŞİD