Bu sözləri martın 30-da Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın şəhər sakini Bulud Hüseynov söyləyib.
“Doğma Laçın məni özünə çəkir. Elimizə, obamıza - Laçınımıza qayıtmaq məni də, ailəmi də hədsiz sevindirir. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Qəhrəmanlıq göstərərək Vətən uğurunda şəhidlik zirvəsinə yüksələnlərə Allahdan rəhmət diləyirəm. Şəhid ailələrinin əllərindən öpürəm”, - deyə Laçın sakini bildirib. (AZƏRTAC)