Qarabağ Dirçəliş Fonduna yeni mətbuat katibi təyin olunub
XƏBƏRLƏR
Babək Cahandarov Qarabağ Dirçəliş Fonduna PR və kommunikasiya üzrə koordinator, mətbuat katibi təyin olunub.
Bu barədə Fonddan məlumat verilib.
Xatırladaq ki, daha əvvəl qurumun mətbuat katibi vəzifəsini Pərvin Məmmədova icra edib. O, hazırda fəaliyyətini fondun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirir. (Report)