21.09.2024, 21:37
AZ EN
16.03.2022, 10:00 109

Elxan Salahovun “Tanrı yoxuşu” kitabı çapdan çıxıb

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsinin hələ də qaranlıq qalan səhifələri, haqqında bilmədiyimiz və ya az məlumatlı olduğumuz hadisələri var. Bunlardan biri də 1993-cü ilin aprelində Ermənistanın quldur dəstələri Kəlbəcəri işğal edərkən mühasirədə qalan insanların başına gələn müsibətlərdir.

Əslən Kəlbəcərdən olan tanınmış araşdırmaçı-jurnalist Elxan Salahov yeni çapdan çıxmış “Tanrı yoxuşu” kitabında düşmən əlinə keçməmək üçün dağ yollarında ağlasığmaz əzab-əziyyətlər çəkmiş bir qrup həmvətənimizin taleyinə aydınlıq gətirməyə çalışıb.

“Tanrı yoxuşu Murovdağ silsiləsinin Daşkəsən istiqamətindəki aşırımlardan birinin adıdır. Kəlbəcər işğal olunanda mühasirədə qalan insanların xilas yolu buradan keçirdi. Amma bir tərəfdən ermənilərlə, digər tərəfdən isə amansız təbiətlə mübarizə aparanlar sərt uçurumlu aşırımda böyük fəlakətlə üzləşmişdilər. Qəfil başlayan çovğundan sonra qar uçqununda dərəyə yuvarlanaraq həlak olanların, itkin düşənlərin, donvurmadan ölənlərin sayı-hesabı yox idi...” Müəllif kitaba verdiyi adın mənasını belə açıqlayır.

"Vətənoğlu" nəşriyyatının çap etdiyi kitabın redaktoru tanınmış publisist Süleyman Qaradağlıdır.

Özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olan E.Salahov əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun döyüş yoluna həsr olunmuş “Murov qartalı” kitabının (2017) həmmüəllifi və Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” (2018) kitabının müəllifidir.

 

Oxşar xəbərlər