15.09.2025, 11:04
AZ EN
15.09.2025, 07:53 66

Kəlbəcərin 113 yaşlı sakini: "Ağlaya-ağlaya gəlmişdim, indi isə gülə-gülə qayıdıram"

XƏBƏRLƏR
  • "İllərlə o yerlərin həsrəti ilə yaşadım, bir gün yenidən qayıdacağımıza ümidimi itirmədim. Kəlbəcərdən ağlaya-ağlaya gəlmişdim, indi isə gülə-gülə qayıdıram".

Bu sözləri Kəlbəcərdən olan keçmiş məcburi köçkün, 113 yaşlı Xeyrənisə Baxışəliyeva deyib.

Onun sözlərinə görə, 44 günlük zəfər, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü ordu və xalqın birliyi sayəsində əldə edilib

"Prezidentimiz və güclü ordumuz olmasaydı mən Kəlbəcərin həsrətində qalardım. İndi isə mən sevinə-sevinə uşaqlığımı, gəncliyimi və 80 yaşıma qədər yaşadığım doğma torpağıma qayıdıram. Biz orda çox xoşbəxt və mehriban yaşayırdıq, yaxşı qonşularımız var idi. Son bir arzum qalıb, cənab Prezident Kəlbəcərdə qonağım olsun, mən ona çay gətirim".

Qeyd edək ki, X. Baxışəliyevanın 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötücəsi var. (Report)

Oxşar xəbərlər