- Şəhid övladlarının intellektual və sosial inkişafına dəstək olmaq üçün Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Xəzər İntellektual Gənclər Klubu bir araya gəlib. Zəfər İntellektual İnkişaf Proqramının məqsədi şəhid övladlarının bilik və intellektual bacarıqlarını inkişaf etdirmək, onların sosial mühitə inteqrasiyasını gücləndirmək və bununla da gələcəyin intellektual liderlərinin formalaşmasına töhfə verməkdir.
4 ay boyunca xüsusi tədris metodları ilə keçiriləcək proqramın sonunda iştirakçılar öz dostları üçün intellektual turnirlər təşkil edəcəklər.
Mina RƏŞİD