Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ərazidən keçən yol humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. (AZƏRTAC)