Tədbirdə hərbçilər, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və KİV nümayəndələri iştirak edib.
Şəhid Raquf Orucovun komandirlik etdiyi hərbi hissənin kəşfiyyatçıları öz bacarıqlarını nümayiş etdiriblər. Tədirdə çıxış edən döyüş yoldaşları şəhid komandirlə bağlı xatirələrindən söz açaraq, əsgərlərə Vətəni əmanət edən zabitlərin qəhrəmanlıq örnəyi olduğunu bildiriblər.
Tədbir Ağdam Musiqi Kollecinin yetirmələrinin bədii-musiqili kompozisiyası ilə yekunlaşıb.
Hazırladı: Mina RƏŞİD