22.11.2024, 08:49
AZ EN
14.10.2023, 10:15 158

14 oktyabr Ülvü Məhərrəmovun anım günüdür

XƏBƏRLƏR
  • Uşaqlığından arzuladığı bir peşənin arxasınca getdi və arzusuna çatdı. Özünə, qulluq etdiyi sistemə, ən başlıcası ölkə Prezidentinə inamı sonsuz idi. Yoldaşları ilə söhbət əsnasında deyirdi ki, Qarabağı düşmən işğalından azad etmək bizim dövrün gənclərinə nəsib olacaq. Şəhid olsaq belə torpaqlarımız azadlığına qovuşacaq...

Vətən müharibəsi şəhidi Leytenant Ülvü Məhərrəmov 14 oktyabr Şəhidlik zirvəsinə ucaldıqı gündü.

Qubadlı rayon Sarıyataq  kənd sakini Məhərrəmov Ülvü Tahir oğlu 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olmuşdur.

2003-cü ildə Qubadlı rayonunun Mahruzlu kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş və 2015-ci ildə həmin məktəbi bitirmişdir.

Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyasına qəbul olmuş və 2019-cu ildə akademiyanı bitirərək leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin sentyabr ayından isə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Ordusunun leytenantı olan Ülvü Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Xocavənd, Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına döyüşən Ülvü Məhərrəmov oktyabrın 14-də ağır döyüşlər zamanı şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur.

 Ülvü Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. İgidimiz Sumqayıt şəhəri "Şəhidlər Xiyabanı"nda dəfn olunub. Subay idi.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR