09.06.2025, 16:47
AZ EN
01.07.2024, 08:51 367

Qubadlı sakini olimpiadada dünya birincisi olaraq qızıl medal mükafatına layiq görülüb

XƏBƏRLƏR
  • Qubadlı rayonunun Xələc kənd sakini, Sumqayıt şəhər Humanitar və Təbiət-Riyaziyyat təmayüllü İstedad liseyinin 8-ci sinif şagirdi Salmanlı Fəxriyyə Rəşad qızı "Global Olympiad Center" in təşkilatçılığı ilə Dubayda keçirilən beynəlxalq olimpiadada İngilis dili kateqoriyası üzrə dünya biricisi olaraq qızıl mükafata layiq görülüb.

Qeyd edək ki, 22-26 iyun tarixində Dubay şəhərində FİSO olimpiadasının global mərhələsi təşkil olunmuşdu. Dünya ölkələrindən 600-ə qədər iştirakçı qalib adı uğurunda mübarizə aparıb. Ölkəmiz böyük komanda ilə olimpiadada təmsil olunub. "Global Olympiad Center" təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər İngilis dili, Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya fənləri üzrə biliklərini nümayiş etdiriblər.

Komanda hesabında dünya birinciliyini əldə edən millimizin tərkibində çıxış edən şagirlərimizdən 6 nəfər dünya biricisi, 7 nəfər dünya ikincisi, 12 nəfər isə dünya üçüncüsü adını qazanıb. Eyni zamanda xüsusi mükafatlar əldə ediblər.

Onu da qeyd edək ki, tanınmış turizm eksperti Rəhman Quliyevin oğlu İsmayıl Quliyev də olimpiadada gümüş medal qazanıb.

Qalibləri təbrik edirik, uğurlar arzulayırıq!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər