18.03.2026, 19:10
AZ EN
18.03.2026, 17:31 55

Paşinyandan Qarabağ erməniləri ilə bağlı daha bir açıqlama

XƏBƏRLƏR
  • "Qarabağlı ermənilər talelərini birdəfəlik Ermənistanla əlaqələndirməlidirlər".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, Ermənistan hökuməti qarabağlı ermənilərin ölkədə məskunlaşmasını dəstəkləməlidir: "Düşünürəm ki, onların Ermənistan vətəndaşlığını ala bilmələri, Ermənistanda məskunlaşmaları və talelərini birdəfəlik Ermənistanla bağlamaları üçün hər cür kömək etməkdə və dəstəkləməkdə diqqətli olmalıyıq".

Paşinyan bir neçə gün əvvəl bu məsələ ilə bağlı geniş açıqlama verəırək bildirmişdi ki, Qarabağı könüllü olaraq tərk etmiş ermənilər Ermənistanda yaşamalı və bu ölkənin vətəndaşı olmaqdan məmnunluq duymalıdır. Baş nazir həmin çıxışında həm Ermənistanın daxilində, həm də xaricdə Qarabağa dair revanşist əhval-ruhiyyəli fikirlərə son qoyulması ilə bağlı çağırış da etmişdi: "Hər hansı görüş və müzakirələrdə "artsax"ın xatırladılması Azərbaycanla sülh prosesinə mane olur. Azərbaycanla müharibə başa çatıb və buna görə heç bir "Qarabağ hərəkatı" mövcud deyil. İstənilən tribunadan "artsax respublikası" sözünü işlətmək müharibəyə aparan yol deməkdir. Yaxşı, gəlin hamımız "artsax respublikası"na istinad etməyə başlayaq, bu nə deməkdir? Bu, münaqişə deməkdir. Belə hər bir ifadə müharibəyə çağırış deməkdir".

Elxan SALAHOV

Oxşar xəbərlər