Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə rayon sakinlərinə ətraflı məlumat verib. Rayon rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Daha sonra rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Hazırladı: S.Süleymanova