18.10.2024, 22:17
AZ EN
02.03.2023, 10:10 456

Minnətdarıq sizə, həkim!

XƏBƏRLƏR
  • Həkimlik ən şərəfli peşələrdəndir. Bu peşəyə mükəmməl yiyələnənlər, öz ixtisası üzrə dərin bilik və təcrübə qazananlar insanların ümid yeri olmaq, şəfa umanlara həyat bəxş etmək kimi çox gərəkli bir missiyanı yerinə yetirirlər.

Azərbaycanın tanınmış cərrahlarından olan tibb elmləri doktoru, professor Qurbanxan Müslümov da otuz ildir Hippokrat andına sədaqətlə xidmət edir, insanların sağlamlığının keşiyində dayanır.

Onun parlaq zəkası və şəfalı əlləri ilə yenidən həyata qayıdan, ailəsini, yaxınlarını, iş yoldaşlarını sevindirən müxtəlif yaşda insanların sayı daim artır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Elman Şahlar Quliyev də həmin insanlardan biridir. O, səhhətində yaranmış problemlə əlaqədar bu ilin fevral ayında Qurbanxan həkimə müraciət edib. Təcrübəli həkim hərtərəfli müayinədən sonra uğurlu cərrahiyyə əməliyyatı apararaq, necə deyərlər, Elman müəllimi ayağa qaldırıb. Həkim nəinki peşəkarlığı, həm də xoş rəftarı, insanpərvərliyi, qayğıkeşliyi ilə pasiyentində tam sağalacağına inam yaradıb. Xasiyyətcə nikbin adam olan Elman müəllim məhz bu inamla doğma yurdu Qarabağa, vaxtilə məcburən tərk etdiyi Xankəndinə qayıdıb orada firavan günlər keçirəcəyinə əmindir.

Bu gün professor Qurbanxan Müslümovun 55 yaşı tamam olur. Elman Quliyevin özü, ailə üzvləri, qohumları, dostları, iş yoldaşları bu xeyirxah insanı – görkəmli həkimi və almi yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, şəxsi həyatında və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırlar.

Sizə minnətdarıq, professor!

Oxşar xəbərlər