Bu gün dünyanın bir çox ölkəsində qeyd olunsa da, Rusiyada rəsmi bayram elan edilib. Bu da onunla bağlıdır ki, həmin təqvimin qeyd olunması fikri rusiyalı proqramçılar Mixail Çervyakov və Valentin Balt tərəfindən 2002-ci ildə irəli sürülüb. Onlar 256 rəqəmini ikili kod sisteminə, yəni rəqəmsal informasiyada səkkiz bitin bir baytla ifadə olunduğu fərqli dəyərlərə görə seçiblər. Bir sözlə 13 sentyabr peşəkar fəaliyyətini proqramlaşdırma sahəsi ilə bağlayan proqramçıların bayramıdır.
Mütəxəsislər qeyd edirlər ki, proqramçılar, dünyanı daha yaxşı və daha rahat bir yer etmək üçün müxtəlif sahələrdə yaradıcı və innovativ həllər yaradırlar, müasir cəmiyyətin inkişafında böyük rol oynayırlar. Onların işi, bizim həyatımızı asanlaşdırır, maraqlı və zəngin edir. Proqramçıların yaratdığı məhsulların və xidmətlərin dünyanı necə dəyişdiyini və onların həyatımızda nə qədər vacib rol oynadığını hiss edirik. Bu dəyəri yaradan proqramçılardır.
Qeyd edək ki, Ada Avqust Bayron-Kinq dünyada ilk proqramçı qadın kimi tanınır. Məşhur ingilis şairi Corc Qordon Bayronun qızı Ada Kinq 1842-ci ildə ixtiraçı Çarlz Bebbicin hazırladığı layihə əsasında hesablama maşınının təsvirini verməklə ilk proqramı yaratmış və bununla tarixə düşüb. Məhz Ada Avqust Bayron-Kinq proqram təminatı tarixində ilk dəfə proqramlaşdırmanın əsas anlayışlarını təqdim edib. Bundan başqa, hesablama texnikasından praktiki istifadənin mümkün istiqamətlərini - musiqi əsərlərinin yazılması, mürəkkəb qrafiki obyektlərin qurulması və hətta kompüter oyunlarını proqnozlaşdırıb.
1976-cı ildə ABŞ-ın Müdafiə Nazirliyi Amerika silahlı qüvvələrinin vahid proqramlaşdırma dilinin adını rəsmi olaraq təsdiq edib. Planetin ilk qadın-proqramçısının şərəfinə proqramlaşdırma dili ADA adlandırılıb.
Hazırladı: Mina RƏŞİD