Bunu dekabrın 28-də Laçın şəhərinə yola salınan keçmiş məcburi köçkün Fuad Ağalarbəyli deyib.
Məcburi köçkünlük zamanı Sumqayıt şəhərində məskunlaşdığını deyən müsahib qeyd edib ki, 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan doğma torpaqlarımız şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına düşmən tapdağından xilas olub: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz şanlı Qələbə qazandı. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin".
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 25 ailə (80 nəfər) köçürülüb.
İndiyədək Laçın şəhərində 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin edilib. (AZƏRTAC)