21.09.2024, 08:39
AZ EN
13.08.2024, 12:34 261

125 saylı Zəngilan-Qubadlı seçki dairəsində treninqlərə 84 nəfər cəlb olunub

XƏBƏRLƏR
  • Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar avqustun 13-də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Avqustun 17-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır.

Treninqlərdə ümumilikdə 84 nəfərin iştirakı nəzərdə tutulub.

Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak etmiş Nazim Abbasov və Məhəmməd Əhmədov aparırlar.

MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.

Dairə seçki komissiyasının sədri Əli Mönsünov seçkilərə hazırlıq işlərinin uğurla getdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirib. O qeyd edib ki, məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, parlament seçkilərinə dair təlimatlar ilə təmin olunub. Sağlamlıq imkanları məhdud seçicilər də diqqətdən kənarda qalmayıb, məntəqələrdə onlar üçün panduslar quraşdırılıb.

“Hazırda dairədəki seçicilərin sayı isə 60 min 382-ə bərabərdir. Dairə üzrə 783 nəfər ilk dəfə səs verəcək”, - deyə Ə.Mönsünov qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər