“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan səfərdə məqsəd Vətən üçün canlarından keçən oğulların xatirəsinə ehtiram göstərmək, şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətimizin, ictimaiyyətin diqqət mərkəzində olmasını nümayiş etdirməkdir.
İştirakçılar Qarabağ bölgəsinin tarixi və memarlıq abidələrini, eləcə də qədim məscidlərini ziyarət edərək, şəhidlərimizin əziz xatirəsini anıb, azad edilmiş torpaqlarda aparılan quruculuq və bərpa işləri ilə tanış olublar.
Tədbirlə bağlı fikirlərini bölüşən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva deyib: “Bu günü bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə və müharibə iştirakçılarına cansağlığı arzulayırıq. Azərbaycan xalqına Zəfər sevinci bəxş edən, regiona sülh gətirən Prezident İlham Əliyevə hər birimiz minnətdarıq. Bu gün şəhidlərimizin ruhu şaddır!
QHT rəhbəri belə səfərlərin davamlı olaraq təşkil ediləcəyini bildirib.(AZƏRTAC)