12.03.2025, 13:00
AZ EN
11.03.2025, 21:30 140

İşğaldan azad olunan Həsənriz kəndində Yel çərşənbəsi qeyd edilib

XƏBƏRLƏR
  • Baharın gəlişinin müjdəçisi olan Novruz çərşənbələri işğaldan azad edilmiş ərazilərdə coşğu ilə qeyd olunur.

Ağdərə rayonunun Həsənriz kəndində "Böyük Qayıdış"dan sonra ilk dəfə Yel çərşənbəsi tonqalı yandırılıb.

Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Həsənriz sakinləri tonqal ətrafına toplaşıblar. Onlar bir-birlərini təbrik ediblər, əlamətdar günləri öz doğma evlərində qeyd etməyin sevincini bölüşüblər.

Xatırladaq ki, 2025-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Həsənriz kəndinə ümumilikdə 50 ailə köçürülüb. Hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Kəndə köç mərhələli şəkildə davam edəcək. (Trend)

 

Oxşar xəbərlər