23.11.2024, 04:10
AZ EN
01.05.2023, 09:10 209

İki gün sonra toyu olacaqdı…

XƏBƏRLƏR
  • 25 yaşlı Ramilin 2 gün sonra toyu olacaqdı. Amma o, 2020-ci il sentyabrın 27-də başlanan Azərbaycanın Zəfər yürüşünə qoşuldu. Vətənin dar günündə onun çağırışına yollandı. Ramil Raqif oğlu Səlimzadə 1995-ci il mayın 1-də Ağdaşın Yuxarı Ağcayazı kəndində anadan olmuşdu. O, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Ramil Səlimzadə oktyabrın 14-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz böyük bir el məhəbbəti ilə Yuxarı Ağcayazı kənd qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, Ramil Ağdaş rayonundan Vətən müharibəsi zamanı şəhid olan 27 nəfərdən biridir.
Şəhidimizin adına Yuxarı Ağcayazı kəndində bulaq inşa edilib.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin  sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.

Səbirsizliklə övlad toyu gözləyən Ramilin valideynləri nə qədər ağrı-acı yaşasalar da, bu gün onun adı, amalı ilə fəxr edirlər.  

Bu gün Vətən uğrunda şəhadətə ucalan əsgər Ramil Səlimzadənin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər