Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti, xanəndə Aygün Bayramova bildirib.
O əlavə edib ki, ilk dəfə Qarabağı və Şərqi Zəngəzuru da əhatə edərək keçiriləcək parlament seçkiləri tarixi əhəmiyyət daşıyır:
“Bu, təkcə həmin ərazilər üçün deyil, bütün Azərbaycan xalqı üçün tarixi bir anı simvolizə edir. Qarabağda və Şərqi Zəngəzurda seçkilərin keçirilməsi, bu bölgələrin Azərbaycanın ayrılmaz hissəsi olduğunun bir daha təsdiqidir və uzun illərdir əziyyət çəkən insanlar üçün ədalətin bərpa olunduğu anlamını daşıyır.
Qarabağlı sənət adamı olaraq, bu seçkilərdə iştirak etmək məni qürurlandırır. Hər kəsi bu tarixi prosesdə - səsvermədə iştirak etməyə çağırıram”.