14.03.2025, 01:52
AZ EN
13.01.2025, 13:50 178

Zəlimxan Yaqubun "Azərbaycan poeziyası. Seçmə şeirlər" kitabının təqdimatı keçiriləcək

XƏBƏRLƏR
  • Yanvarın 18-də "Qanun" nəşriyyatında Xalq şairi Zəlimxan Yaqubun yenicə çapdan çıxmış "Azərbaycan poeziyası. Seçmə şeirlər" kitabının təqdimatı keçiriləcək. 

Ədəbiyyat qəzetinin verdiyi xəbərə görə, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası tərəfindən "Azərbaycan poeziyası. Seçilmiş şeirlər" layihəsi çərçivəsində işıq üzü görən kitab şairin 75 illik yubileyinə həsr olunub. Kitabın tərtibatçısı və redaktoru Şərif Ağayar, ön söz müəllifi Azər Turandır.   

Xatırladaq ki, "Qanun" nəşriyyatı "Azərbaycan poeziyası. Seçmə şeirlər" seriyasından Füzuli, Xətai, Vaqif, Vidadi, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Məmməd Aslan, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli kimi görkəmli Azərbaycan şairlərinin kitablarını nəşr edib. 

Növbəti mərhələdə isə Rəsul Rza və Məmməd Arazın kitablarının çapı nəzərdə tutulur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR