16.04.2024, 21:13
AZ EN
03.10.2022, 13:08 74

Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlanıb

XƏBƏRLƏR
  • Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 2442 mina aşkarlayıb.

ANAMA-dan verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 4 064,06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. (Report)

Oxşar xəbərlər