Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndirilib və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən ekoloji problemlərin həlli, yaşıllıqların genişləndirilməsi və qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində atılan addımlardan, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonda keçirilən tədbirlərdən, aksiyalardan bəhs edib.
Daha sonra 9 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev mövzu ətrafında geniş məruzə ilə çıxış edib və COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət daşımasını diqqətə çatdırıb.
Horadiz ASM-in şöbə müdiri Azər Məmmədov çıxış edərək, yaşıllıqların, düzgün və sağlam qidalanmanın, təmiz ekoloji mühitin sağlamlıq amilinə təsiri barədə danışıb.
Sonda “Yaşıl Dünya naminə həmrəylik ili ” adlı videoçarx nümayiş olunub.
Mina RƏŞİD