Texniki müşahidə vasitəsilə lentə alınan videoda aydın görünür ki, Ermənistan ordusuna məxsus olan və artilleriya qurğuları daşıyan dörd “KamAZ” markalı hərbi maşın, həmçinin, döyüş sursatları daşıyan iki “KamAZ” markalı avtomobil komanda heyəti ilə birgə kolon şəklində hərəkət edir.
Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər olan müddətdə də ermənilər tərəfindən analoji hərəkətlər müşahidə olunurdu.
Bütün bunlar Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxması fonunda baş verir. İstisna deyil ki, Ermənistan hakimiyyəti öz beynəlxalq tərəfdaşları üçün sərhəddə yeni qanlı “şou” hazırlayır. (Trend)