20.10.2024, 07:33
AZ EN
29.08.2023, 10:13 301

Laçına qayıdan sakin: Çox gözəl hisslər yaşayıram

XƏBƏRLƏR
  • Laçından çıxanda 35 yaşım var idi, indi 66. Çox gözəl hisslər yaşayıram.

Bunu bu gün Laçın şəhərinə geri qayıdan Elsevər Məmiyev deyib.

O bildirib ki, indi nəvələri ilə geri qayıdır.

“Laçına getmək xəbərin eşidəndən bəri neçə gündür sevincimdən yata bilmirəm. Laçından çıxanda övladlarım balaca idi, indi ailəlidirlər.

Allah Prezidentimiz İlham Əliyevin, qazilərimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət etsin. Onlar imkan yaratdı ki, biz doğma Laçınımıza qayıdaq”, - deyə o, qeyd edib. (Trend)

Oxşar xəbərlər